ABŞ Putinə görə bu iki ölkəni NATO dan çıxara bilər

26.02.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Moskva ilə münasibətlərini yaxşılaşdırmaq üçün Finlandiya və İsveçin NATO-dan çıxarılmasını tələb edə bilər.

Axar.az xəbər verir ki, bunu finlandiyalı analitik Yussi Lassila deyib.

“Trampın Rusiyaya meyli görünməmiş ölçülərə çata bilər. Rusiya ABŞ-la razılaşmalar çərçivəsində NATO-dan 1997-ci il sərhədlərinə qayıtmasını tələb edə bilər ki, bu da praktikada bu yaxınlarda alyansa qoşulan Finlandiya və İsveçin xaric edilməsi demək olardı. Biz buna hazır olmalı və soyuqqanlılığımızı qorumalıyıq”, - Lassila bildirib.

Qeyd edək ki, Finlandiya NATO-ya 2023-cü ilin aprelində qoşulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью