ABŞ Putinin köməkçisinin Ukrayna üzrə danışıqlarda iştirakına qarşı çıxıb

23.05.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Amerika rəsmiləri Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Ukrayna üzrə danışıqlarda iştirakına qarşı çıxıb.

Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən  məlumat yayıb.

Bildirilib ki, Amerika rəsmiləri Medinskini sərt xətt tərəfdarı hesab edirlər.

“Birləşmiş Ştatlar rusiyalı həmkarlarına Moskvanın İstanbuldakı nümayəndə heyətinə rəhbərlik edən Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski kimi sərt xətt tərəfdarlarının iştirakından yayınmağa üstünlük verəcəyini açıqlayır”, - deyə vurğulanıb.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью