Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
ABŞ Meşə Xidməti qar adamı (biqfut və ya saskvoç) ilə bağlı arxiv sənədlərini yayımlayıb.
Axar.az “Qardian”a istinadən xəbər verir ki, bir neçə onillikləri əhatə edən materiallarda sirli izlər, qəribə səslər və Oreqon və Montana meşələrində naməlum canlılarla qarşılaşmalar təsvir edilir.
Sənədlərdən biri 1982-ci ilə aiddir. O dövrdə bioloq Rodney Conson şimal-şərqi Oreqondakı Umatilla Milli Meşəsində aşkar edilmiş qeyri-adi izləri araşdırırdı. Mütəxəssislər hətta izlərin mənşəyini müəyyən etmək üçün ikisinin gips qəliblərini də hazırlayıblar.
Arxivdə həmçinin 1980-ci ildə üç dostu ilə birlikdə sığın cəsədini götürmək üçün meşəyə gedən Montana sakininin hekayəsi də var. O, nəhəng izlər aşkar etdiyini, güclü bir qoxu duyduğunu və qəribə bir nərilti səsi eşitdiyini bildirib. Kişilər bundan sonra dərhal ərazini tərk ediblər.
Digər bir sənəd Montanada tapılan yüzlərlə qeyri-adi iz haqqında 2003-cü ildə dərc olunmuş qəzet məqaləsidir.
Qeyd edilir ki, hətta 2026-cı ilin iyun ayında Kanadanın Ontario əyalətinin sakinləri zibil qutularının yaxınlığında gördükləri iddia edilən iki böyük məxluq barədə məlumat vermişdilər.
Bigfut Xəritəçəkmə Layihəsi artıq qar adamı qarşılaşdıqları iddia edilən 16.000-dən çox məlumat toplayıb. Lakin hələ də belə bir məxluqun mövcudluğuna dair heç bir elmi dəlil yoxdur.