ABŞ Qarabağın bərpasına mane olur “Nyusmaks”

07.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş Azərbaycanın erməni işğalından azad etdiyi Qarabağı bərpa etməsinə mane olur.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Nyusmaks” nəşri yazıb.

“Qadağa eyni zamanda Bakının 1,5 milyon mina ilə çirklənmiş Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və bərpası səylərini də ləngidir. Bu minalar ölkə ərazisinin 13%-dən çoxunu əhatə edir. Bu, mülki əhali üçün ciddi təhlükə yaradır və sosial-iqtisadi inkişafı əngəlləyir. Bundan əlavə, bu, Vaşinqtonun strateji və mənəvi səhvidir”, - məlumatda bildirilib.

Qeyd edilir ki, bu il Trampın 907-ci düzəlişin fəaliyyətini dayandırmaqla Bakıya yardımı bərpa etmək imkanı olacaq:

“ABŞ-ın Azərbaycana yardımına iki illik qadağanın sona yaxınlaşması ilə Prezident Donald Tramp tezliklə 2026-cı maliyyə ili üçün (2025-ci il oktyabrın 1-dən başlayır) Bakıya yardımı bərpa etmək imkanı əldə edəcək və ya vəziyyəti daha tez düzəldə bilər. Respublikaçıların çoxluq təşkil etdiyi Konqres ona kömək edə bilər”.

Qeyd edək ki, ABŞ-ın Azadlığa Dəstək Aktının 907-ci maddəsi 1992-ci il oktyabrın 24-də erməni lobbisinin təzyiqi ilə qəbul edilib və Azərbaycanın hərbi və maliyyə yardımlarından məhrum edilməsini nəzərdə tutur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью