ABŞ qaydaları sərtləşdirir: qeyri qanuni miqrantlar girov hüququndan məhrum edilir

15.07.2025

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-də saxlanılan qeyri-qanuni miqrantlar artıq deportasiya müddətində zaminə buraxılmaq üçün məhkəmə dinləməsi tələb edə bilməyəcəklər.

Oxu.Az xəbər veriri ki, bu barədə "The Washington Post" İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) daxili göstərişinə istinadla məlumat yayıb.

Yeni qaydalara əsasən, qanun bütün qeyri-qanuni miqrantlara şamil olunacaq və məhkəmələr zaminlik dinləmələri keçirməyəcək. İstisna hallarda azad olunma qərarını ICE əməkdaşı verəcək. Deportasiya prosesi isə illərlə uzana bilər.

Hazırda ICE gündəlik 56 min miqrant saxlayır və 200-dən çox mərkəzi idarə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью