ABŞ Qazaxıstandan 49 illiyinə torpaq icarəyə götürəcək AzPolitika onlayn siyasi ictimai qəzet

22.01.2025

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstan Almatıda torpaq sahəsini 49 il müddətinə ABŞ hökumətinə icarəyə verəcək.

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Qazaxıstan Məclisinin deputatları tərəfindən baxılmağa qəbul edilib.

Saziş 2024-cü il sentyabrın 27-də Nyu-Yorkda imzalanıb, lakin qüvvəyə minməsi üçün Qazaxıstan və Birləşmiş Ştatların qanunverici orqanları tərəfindən ratifikasiya edilməlidir.

ABŞ icarəyə götürülən 70 min kvadratmetr sahədə konsulluq binasının inşasını planlaşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью