ABŞ qərarını dəyişdi: 95 milyonluq hərbi yardım ora göndərilir

07.01.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Misir ordusu üçün nəzərdə tutulan 95 milyon dollarlıq hərbi yardımı Livana göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə  “Reuters” agentliyi məlumat yayıb.

Vaşinqtonun verdiyi vəsaitin Livan ordusunun gücləndirilməsi, terrorizmlə mübarizəyə ayrılacağı vurğulanıb.

Agentlik Misirə vəsaitin verilməməsinin əsas səbəbinin ölkədəki insan haqları ilə bağlı situasiya olduğunu bildirib.

“ABŞ bununla demək istəyir ki, Misir üçün nəzərdə tutulan bu maliyyə yardımını, gəlin, daha yaxşı yerə verək”, – agentliyin Konqresdəki mənbəsi “Reuters”ə deyib.

Əliyar Xəlil
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью