ABŞ qərarsızdır: Putin danışıqlara hazırdırmı?

27.10.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Dövlət Departamentinin daxili kəşfiyyat qurumu bu ilin əvvəlində Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara hazır olduğuna şübhə ilə yanaşıb.

Axar.az xəbər verir ki, bunu "Voll Strit Jurnal"a bir neçə indiki və keçmiş amerikalı məmur deyib.

Bildirilib ki, qurum bununla da Mərkəzi Kəşfiyyat İdarəsinin potensial danışıqlara dair daha optimist qiymətləndirməsini rədd edib.

"ABŞ Dövlət Departamentinin Kəşfiyyat və Tədqiqatlar Bürosunun analitikləri bu ziddiyyətli fikri Prezident Donald Trampın rusiyalı həmkarı ilə Alyaskada avqust görüşündən əvvəlki aylarda ifadə ediblər. Bu fikir ayrılığı prezidentin gündəlik brifinqində də öz əksini tapıb", - deyə bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью