Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ İranın Qeşm adasına zərbə endirib; buna səbəb adadan Amerika təyyarəsinə qarşı raket buraxılması olub.
Redaktor.az xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid "X sosial şəbəkə hesabında yazıb.
O, bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Qeşm adasından Hörmüz boğazındakı ABŞ təyyarəsinə raket atıb. Buna cavab olaraq, Amerika qırıcı təyyarəsi həmin zenit-raket qurğusunu məhv edib. Mənbənin sözlərinə görə, zərbə özünümüdafiə məqsədilə endirilib.