ABŞ Qeşm adasında SEPAH ın raket buraxılış məntəqəsinə zərbə endirib

18.11.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Hərbi Hava Qüvvələri İranın Qeşm adasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket buraxılış məntəqəsini hədəfə alıb.

Bu barədə ABŞ-ın hərbi rəsmisi “Al Jazeera”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, hücum zamanı yüksək dəqiqlikli döyüş sursatlarından istifadə olunub.

ABŞ rəsmisi qeyd edib ki, zərbə ABŞ hərbçilərinə qarşı SEPAH-ın “təcavüzkar fəaliyyəti”nə cavab olaraq müdafiə məqsədilə endirilib.

Hadisə ilə bağlı ABŞ və İran tərəflərindən əlavə rəsmi açıqlama verilib-verilmədiyi məlum deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью