ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada birgə əməliyyat qrupu yaradıb

09.10.2025

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə, ABŞ, Qətər və Misir ilə birlikdə Qəzzada itkin düşmüş girovların cəsədlərinin tapılması məqsədilə yaradılan birgə işçi qrupuna daxil olacaq.

Missiya.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək rütbəli türk rəsmisinə istinadla məlumat yayıb.

Bildirilib ki, qərar Misirdə atəşkəs və girov mübadiləsi ilə bağlı keçirilən danışıqlardan sonra verilib. Qeyd olunub ki, Türkiyə də həmin danışıqlarda iştirak edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı açıqlamasında bildirib ki, razılaşmanın bütün bəndlərinin yerinə yetirilməsi diqqətlə izləniləcək.

Seyranə Quliyeva
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью