“ABŞ Qətər üçün döyüşməyə hazırdır”

03.10.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Qətərə təhlükəsizlik zəmanəti verən fərman imzalayıb.


Missiya.Az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.

Tramp bildirib ki, Qətərin ərazisinə, suverenliyinə və ya kritik infrastrukturuna hər hansı silahlı hücum ABŞ tərəfindən öz təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcək.

Bu qərar Yaxın Şərqdəki gərginlik və bu yaxınlarda İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi hava hücumu fonunda qəbul edilib.

Fərmana əsasən, ABŞ Qətərə hücum olarsa, öz maraqlarını qorumaq üçün bütün qanuni və müvafiq tədbirləri - diplomatik, iqtisadi, lazım gələrsə, hərbi tədbirləri görəcək.

Daşqın Həsənov

Missiya.Az 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью