ABŞ qeyri qanuni miqrantları hərbi bazaya göndərdi

05.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ-dan qovulmuş qeyri-qanuni miqrantlar Amerikanın Quantanamo (Kuba) hərbi bazasındakı təcridxanaya gətirilib.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolina Levitt bildirib.

"Biz daha ABŞ-ın qlobal qeyri-qanuni immiqrasiya yuvasına çevrilməsinə icazə verməyəcəyik", - o qeyd edib.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Trampın miqrantların yerləşdirilməsi üçün Quantanamoda 30 min nəfərlik müəssisənin hazırlanmasına başlamaq barədə göstəriş verdiyi bildirilirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью