ABŞ qəzzalılar üçün Afrikada yer axtarır

06.02.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

ABŞ Qəzza sakinlərinin məskunlaşdırılması üçün Afrikadakı üç ərazini nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Donald Tramp administrasiyası Qəzza sakinlərinin məskunlaşdırılması üçün Somali Respublikasının iki muxtar bölgəsini- Somaliland və Puntlandı, həmçinin Mərakeşi nəzərdən keçirir:

Bu üç bölgənin ortaq xüsusiyyəti ABŞ-dən kəskin asılı olmalarıdır. Somaliland və Puntland beynəlxalq tanınma əldə etməyə çalışır, Mərakeş isə Qərbi Sahara ilə bağlı ərazi mübahisəsini davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью