ABŞ qırıcıları Yəməni bombaladı ölənlər var

02.04.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, husilər ABŞ-ın Yəmənə zərbələri nəticəsində 4 nəfərin həlak olduğunu bildiriblər. Amerikanın Hərbi Hava Qüvvələri ölkənin bir sıra şəhərlərinə hücum ediblər.
Birləşmiş Ştatların Hodeyda şəhərinə aviazərbələri nəticəsində 4 insan həyatını itirib.
Bu barədə Yəməndə hakimiyyətdə olan "Ənsar Allah" təşkilatının "Əl Masira" telekanalı məlumat verib. Zərbələrin Su Ehtyatlarının İdarəsi binasına endirildiyi xəbər verilir.
Telekanalın məlumatına görə, Amerika hərbçiləri həm də Yəmənin Səəda və Həcc şəhərlərinə hücumlar ediblər.
Hürr Tərcüman 

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью