ABŞ qitələrarası ballistik raketin sınağına hazırlaşır KİV

03.11.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton nüvə başlığı daşıya bilən “Minuteman III” tipli ballistik raketin sınaq buraxılışını planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Nəşrin məlumatına görə, bu, Trampın nüvə sistemlərinin yoxlamalarının bərpası barədə verdiyi göstərişdən sonra keçiriləcək ilk sınaq olacaq.
 

Məlumata əsasən, buraxılış Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr bazasından həyata keçiriləcək və Marşall adalarındakı Kvacalein atolunda yerləşən Ronald Reyqan adına raketdən müdafiə poliqonuna istiqamətlənəcək.


Raketin uçuş trayektoriyası may ayında keçirilən sınaqla eynidir. Həmin vaxt raket Sakit okean üzərindən təxminən 6,7 min km məsafə qət etmişdi.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью