ABŞ qorxuya düşmüş avropalıları sakitləşdirir

21.02.2025

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibinin Böyük Britaniya, Fransa, Almaniya və İtaliya rəsmiləri arasında telefon danışığının nəticələrinə istinad edən “The New York Times (NYT)” nəşri belə məlumat yayıb.
“Rubio Avropanı sakitləşdirməyə çalışıb ki, Səudiyyə Ərəbistanındakı danışıqlar çoxlarının ehtiyatlandığı kimi Amerika siyasətindən kəskin kənarlaşma deyil. Avropa rəsmiləri ilə söhbətində Dövlət katibi bu görüşün daha çox prosesdə ilk addım və Kremlin razılığa gəlməyə nə dərəcədə ciddi şəkildə kökləndiyini yoxlamaq olduğunu deyib”, - qəzet yazır.
Bloomberg: “Transatlantika alyansı Münhendə öldü” ABŞ-nin Dövlət katibinin sözlərinə görə, Tramp administrasiyasının Ukrayna və Avropaya qarşı Rusiya ilə hər hansı ikitərəfli razılaşmanın şərtlərini tətbiq etmək planı yoxdur.
Qeyd edək ki, bir neçə gün əvvəl “Bloomberg” agetnliyi Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Avropanın siyasi elitasına qarşı öldrücü tənqidinin avropalıları şoka saldığını və transatlantik alyansın klinik ölümünə səbəb olduğunu yazıb.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью