Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hazırkı sazişə əsasən Vaşinqton Qrenlandiyada ABŞ-ın hərbi əməliyyatlarında və ya obyektlərində hər hansı mühüm dəyişiklik etməzdən əvvəl Danimarka və Qrenlandiya ilə məsləhətləşməli və onları məlumatlandırmalıdır. ABŞ isə indi bu müddəaların yenidən işlənməsini və öz planlarının heç bir məhdudiyyətlə üzləşməməsini istəyir.
Agetliyin verdiyi məlumata gərə, Danimarka və Qrenlandiyanın bu dəyişikliklərlə razılaşıb-razılaşmayacağı hələlik məlum deyil. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli agentliyə bildirib ki, “razılaşmanın detalları bütün tərəflər onları razılaşdırdıqdan sonra açıqlanacaq”.
Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO çərçivəsindəki müttəfiqlik öhdəliklərinə əlavə olaraq saziş imzalayıblar. Həmin sənədə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürüb.
Qadir, Bizimyol.info