ABŞ Qrenlandiyanı almaq üçün güc tətbiq edəcək?

10.04.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Birləşmiş Ştatlar Qrenlandiyanı ABŞ-yə qoşulmağın faydalarına inandırmaq üçün piar kampaniyasına başlamaq niyyətindədir.

Bakupost.az xəbər verir ki, bu barədə New York Times öz mənbələrinə istinadən məlumat yayıb.

“Planın təfərrüatları qeyri-müəyyən olaraq qalır, lakin... müzakirələr zamanı heç vaxt güc variantları ciddi şəkildə nəzərdən keçirilməyib”, - xəbərdə deyilir.

Qeyd edilir ki, “bunun əvəzində inandırma və PR-a diqqət yetirilir”. Qəzet həmçinin yazır ki, PR kampaniyasının elementlərindən biri Qrenlandiyanın yerli inuit əhalisinin Alyaskadakı inuitlərlə qohumluğunun vurğulanması ola bilər.

Aprelin 10-da Reuters xəbər verib ki, Birləşmiş Ştatlar Qrenlandiyada iqtisadiyyatın minimal hökumət tənzimlənməsi ilə yüksək texnologiyalı “azad şəhər” tikmək ideyasını nəzərdən keçirir ki, bu da regionun ABŞ-a birləşdirilməsi ilə bağlı mümkün razılaşmanın bir hissəsi ola bilər.

Zaur,BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью