Modern.az saytına istinadən Icma.az xəbər verir. ABŞ Prezidenti Donald Trump İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda ç
Modern.az xəbər verir ki, o, bu məsələ ətrafında beynəlxalq münasibətlərdə yaranan gərginliyə münasibət bildirib.
Tramp çıxışında bildirib ki, ABŞ-ın Qrenlandiyanı əldə etməsi həm milli, həm də beynəlxalq təhlükəsizlik baxımından zəruridir.
Onun sözlərinə görə, dünyanın ən böyük adası olan Qrenlandiya faktiki olaraq Şimali Amerikanın bir hissəsidir və hazırda kifayət qədər qorunmur.
ABŞ prezidenti vurğulayıb ki, bu ərazi üzərində tam mülkiyyət hüququ olmadan onu müdafiə etmək mümkün deyil.
Tramp Qrenlandiyanı “okeanın ortasında yerləşən böyük bir buz parçası” kimi təsvir edərək, mümkün müharibə halında əsas hərbi fəaliyyətlərin məhz bu ərazinin üzərindən keçəcəyini deyib.
ABŞ lideri qeyd edib ki, Qrenlandiyanın ABŞ tərəfindən nəzarətə götürülməsi NATO üçün təhlükə yaratmayacaq, əksinə, alyansın ümumi təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək.
O, NATO-nun ABŞ-a qarşı ədalətsiz davrandığını iddia edib və Vaşinqtonun alyans çərçivəsində kifayət qədər qarşılıq almadığını söyləyib.