Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) Danimarka və Kanada ilə üçtərəfli müdafiə tərəfdaşlığını gücləndirmək üçün Qrenlandiyaya xüsusi təyyarənin yollanacağını bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə NORAD-ın sosial media hesabında məlumat yayılıb.
Rəsmi açıqlamaya görə, təyyarə Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Pituffik bazasına eniş edəcək, planlaşdırılan əməliyyatları dəstəkləmək üçün ABŞ və Kanadada yerləşən aviasiya qrupları ilə birlikdə fəaliyyət göstərəcək.
Bildirilib ki, avadanlıqların yerləşdirilməsi Danimarka hökuməti ilə tam şəkildə razılaşdırılıb.
Qrenlandiyanın hakimiyyət orqanları da həyata keçiriləcək manevrlər barədə əvvəlcədən məlumatlandırılıb.
(oxu.az) Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.