ABŞ “qrin kart”ın bənzərini satışa çıxardı Qiymət

26.02.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ zəngin əcnəbilərə ölkədə işləməyə və yaşamağa icazə verən “qızıl kart” satacaq.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, kartın dəyərinin 5 milyon dollar olacağını bildirib:

“Biz “qızıl kart” satmağa hazırlaşırıq. “Qrin kart” var. Bu isə “qızıl kart”dır. Bu kart sizə “qrin kart”ın imtiyazlarını verəcək və üstəlik vətəndaşlıq üçün yolunuzu açacaq. Zəngin insanlar bu kartı almaq üçün ölkəmizə gələcəklər”.

Tramp deyib ki, kartların satışı 2 həftə sonra başlayacaq. O həmçinin bu kartları rusiyalı oliqarxlara da satacağını deyib.

Kartları almaq istəyənlərin yoxlamadan keçəcəyi vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью