ABŞ Quantanamonu bərpa etdi

17.12.2025

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


ABŞ Kubanın Quantanamo körfəzindəki qanunsuz miqrantlar üçün saxlama mərkəzini yenidən bərpa edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşr qeyd edir ki, hazırda Quantanamoda 22 kubalı miqrant saxlanılır. Onlardan beşi adətən həbsxanada saxlanılan və yüksək təhlükə altında olan qanunsuz miqrantlardır.
Nəşr iddia edir ki, baza oktyabrın ortalarından bəri boşdur.
O vaxt ABŞ 18 nəfəri El Salvador və Qvatemalaya deportasiya etmişdi. Elə həmin ay Quantanamodakı personal Melissa qasırğası təhlükəsi ilə əlaqədar təxliyə edilmişdi.
Qeyd edək ki, Quantanamo həbsxanası və hərbi düşərgəsi Kuba ərazisində yerləşir. Onların yerləşdiyi torpaq 1903-cü ildən bəri ABŞ tərəfindən icarəyə götürülüb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью