ABŞ Quru Qoşunları Patriot batalyonlarının sayını 18 ə çatdıracaq

05.08.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ABŞ Silahlı Qüvvələri hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək məqsədilə "Patriot" zenit-raket kompleksləri ilə təchiz olunmuş batalyonların sayını 15-dən 18-ə artırmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə "Defense News" portalı məlumat yayıb.

Məlumata görə, yeni batalyonlardan biri Qvam adasında yerləşdiriləcək və burada "Patriot" sistemləri ilə silahlanmış birləşmiş hərbi hissə fəaliyyət göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью