ABŞ qüvvələri İranla bağlı dəniz əməliyyatlarını genişləndirib CENTCOM

12.06.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı tətbiq edilən dəniz nəzarəti əməliyyatlarının davam etdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə CENTCOM sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri regional sularda patrul fəaliyyətini davam etdirərək dəniz təhlükəsizliyinin təmin olunmasına nəzarət edir.

Bildirilib ki, əməliyyatlar çərçivəsində indiyədək 136 ticarət gəmisinin istiqamətləndirildiyi, 9 gəminin isə fəaliyyətinin dayandırıldığı qeyd olunub.

CENTCOM-un açıqlamasında bu addımların beynəlxalq dəniz daşımalarında qaydalara əməl olunmasını təmin etmək məqsədi daşıdığı vurğulanıb.

Qeyd olunub ki, bu göstəricilər ABŞ-nin İranla əlaqəli dəniz nəqliyyatına yönəlmiş nəzarət tədbirlərinin genişləndirildiyini göstərir.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью