Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ hərbi qüvvələrinin İraqdakı son bazalardan çıxarılması prosesi başa çatmaq üzrədir. “Reuters”in yaydığı məlumata görə, ABŞ qoşunlarının İraqdan çıxarılması çərşənbə gününədək tamamlanmalıdır. Bununla ABŞ-ın 2003-cü ildə başlayan və İraqda iki onillikdən artıq davam edən hərbi mövcudluğu sona çatır.
Məlumata əsasən, ABŞ-ın İraqdan çıxarılması 2024-cü ildə razılaşdırılmış plan əsasında həyata keçirilir. Mənbə qeyd edir ki, ABŞ qüvvələrinin ölkədən getməsi İraqda təhlükəsizlik və regional güc balansı ilə bağlı yeni müzakirələrə səbəb olub. İraqlı bəzi təhlükəsizlik ekspertləri bu addımın İranın İraqdakı təsirini artıra biləcəyini, həmçinin “İslam Dövləti” terror qruplaşmasının fəaliyyəti ilə bağlı risklərin yenidən gündəmə gələ biləcəyini bildiriblər.
Beləliklə, ABŞ-ın İraqdakı uzunmüddətli hərbi missiyasının başa çatması Yaxın Şərqdə təhlükəsizlik mənzərəsinə təsir göstərə biləcək mühüm hadisələrdən biri kimi diqqət çəkir.
N.Adilqızı
XQ