ABŞ razılaşmadan sonra Ukraynaya qoşun göndərməyi istisna edir

25.11.2026

Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ razılaşmadan sonra Ukraynaya qoşun göndərməyi istisna edir

ABŞ müharibədən sonrakı təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynada qoşun və hərbi bazaların yerləşdirilməsini istisna edir. Bu barədə Kiyev Independent mənbələrə istinadən məlumat verib.

Qeyd olunur ki, amerikalı danışıqçılar bu fikri şəxsi şəkildə bildiriblər. Bu, Vaşinqton, Kiyev və Avropa müttəfiqləri arasında təhlükəsizlik zəmanətlərinin dəqiq nəyi əhatə etməsi ilə bağlı fikir ayrılıqlarını ortaya çıxarıb.

Mənbənin məlumatına görə, Vladimir Zelenski müttəfiqlərinə bildirib ki, ölkədə qoşun və ya bazalar olmadan ABŞ öhdəliklərinin nə demək olduğunu başa düşmür. Nəşrin xatırlatdığına görə, daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Ukrayna üçün müharibədən sonrakı istənilən təhlükəsizlik zəmanətinin Rusiya tərəfindən məqbul olmalı olduğunu vurğulamışdı.

Rusiya tərəfi dəfələrlə Ukraynada xarici qoşunların yerləşdirilməsinin münaqişənin davam etməsi demək olacağını bildirib.

Əziz Mustafa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью