ABŞ rəsmi olaraq öz bayrağını Dəməşqdə sancdı:13 ildən sonra ilk dəfə

29.05.2025

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

2012-ci ildə təhlükəsizlik səbəbi ilə bağlanan ABŞ-ın Dəməşq səfirliyi Əsədin devrilməsindən sonra yenidən fəaliyyətə başlayıb. 
Demokrat.az xəbər verir ki, Suriyanın xarici işlər naziri Əsəd Şeybaninin də iştirak etdiyi mərasimdə ABŞ-ın Suriyadakı nümayəndəsi Tomas Barak ABŞ bayrağını qaldırıb.
Bayraq qaldırma mərasimi ABŞ-ın Dəməşqdəki səfirliyinin iqamətgahının yenidən açılması çərçivəsində təşkil edilən rəsmi proqram çərçivəsində keçirilib. 
Tədbir Vaşinqton administrasiyasının Suriyada diplomatik mövcudluğunu bərpa etmək istiqamətində ilk konkret addım hesab olunur.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью