“ABŞ rəsmiləri ilə görüşmək planımız yoxdur”

31.10.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“ABŞ rəsmiləri ilə görüşmək planımız yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İranın yüksəkvəzifəli təhlükəsizlik rəsmisi Möhsün Rzayiyə sülh danışıqlarını bərpa etmək məqsədilə göndərdiyi məktubla bağlı açıqlamasında deyib.

Nazir məktubu diqqətlə araşdırdıqlarını və məsələnin müvafiq komitələrdə müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, hazırda ABŞ ilə görüşməyə ehtiyac görmürlər və İranın şərtləri aydındır.

Əraqçi Qətər və Pakistanla vasitəçilik çərçivəsində müzakirələrin davam etdiyini deyib. Danışıqların birbaşa, yoxsa dolayı yolla aparılacağına ABŞ-nin İranın şərtlərini qəbul etməsindən sonra qərar veriləcəyini qeyd edib. Nazir ABŞ-nin dialoqa başlamaq və daha geniş razılaşmaya nail olmaq səylərini müsbət addım kimi qiymətləndirib.

İranın yeddi şərtinin qəbul edilməsi halında Hörmüz boğazının yeddi gün ərzində açılması təklifinə də toxunan Əraqçi bildirib ki, Qətər bu müddətin beş günə endirilməsini istəyib. Hazırda isə müddətin iki günə qədər azaldılması təklifi nəzərdən keçirilir.

Nazir müharibə ehtimalını istisna etmədiklərini və bütün ssenarilərə hazır olduqlarını vurğulayıb. O, Hörmüz boğazının açılmasını İran və Oman tərəfindən müəyyənləşdirilən yeni tranzit marşrutunun qəbul edilməsi və alternativ marşrutların bağlanması ilə əlaqələndirib.

Əraqçi həmçinin ABŞ-dən İran neftinin satışına tətbiq edilən güzəşti bərpa etməyi və Qətərdəki aktivlər də daxil olmaqla, ölkənin bütün dondurulmuş aktivlərini azad etməyi tələb etdiklərini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью