ABŞ rəsmiləri Rusiyaya səfər edəcəklər

24.07.2026

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezident Administrasiyasının üzvləri payız və ya qış aylarında Rusiyaya səfər etməyi planlaşdırırlar

ABŞ Prezident Administrasiyasının üzvləri payız və ya qış aylarında Rusiyaya səfər etməyi planlaşdırırlar. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna TASS-a bildirib.

“ABŞ qanunvericiləri ilə yanaşı, seçilməmiş digər rəsmilər də olacaq - hökumət rəsmiləri, xüsusən də administrasiyadan. Onlar da ora gedəcəklər”, - deyə Luna kimləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Luna əlavə edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubionun bəyanatı tezliklə yayımlana bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью