ABŞ rəsmiləri Suriyanın yeni lideri ilə görüşdü KONKRET

21.12.2024

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ rəsmiləri Suriyada yeni qurulan müxalifət hökumətinin lideri Əhməd Əş-Şara – Culani ilə görüş keçiriblər. Görüşün “yaxşı və əhatəli” keçdiyi bildirilib.

KONKRET.az xəbər verir ki, Əhməd Əş-Şara, Heyət Təhrir əş-Şam (HTŞ) qrupunun lideridir. HTŞ, Suriyada rejimə qarşı fəaliyyət göstərən əsas silahlı müxalifət qruplarından biri olub.

Hazırda Suriyada müvəqqəti hökuməti quran da əsasən HTŞ və digər müxalifət qüvvələrdir. Əhməd Əş-Şara ABŞ tərəfinən ən çox axtarılan terroristlər siyahısında olub.

Amerika bir zamanlar onun başına 10 milyon dollar mükafat təyin etmişdi.

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью