ABŞ rəsmiləri Zelenskini hədələdilər: O, Ukraynanı dərhal tərk etsin! | Icma.az
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Vladimir Zelenski ABŞ-ın təklif etdiyi mineral sövdələşməni qəbul etmədiyi barədə yalan danışıb”.Modern.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio jurnalist Ketrin Herriclə müsahibəsində deyib.
Rubionun sözlərinə görə, Zelenski mineral sövdələşməsi ilə razılaşıb, lakin sənədin “qanunvericilik prosesindən” keçirilməsinin lazım olduğunu bildirib.
"İki gün sonra oxudum ki, Zelenski sövdələşməni rədd etdiyini deyib”.“Nyu-Yirk Post” qəzeti özəl mənbəyə istinadən yazıb ki, prezident Trampın yaxın ətrafının fikrincə, Vladimir Zelenski Ukraynanı dərhal tərk etməlidir.
Donald Tramp daha əvvəl demişdi ki, ABŞ Ukraynaya Avropadan 200 milyard dollar çox yardım ayırıb, lakin bu vəsaitlərin qaytarılması mexanizmi işlənib hazırlanmayıb.
Bu baxımdan Vaşinqton Kiyevdən yatırılan pul ekvivalentində nadir torpaq metalları almaq istərdi.
Bu arada Vladimir Zelenski etiraf edib ki, Amerika hökumətinin Ukraynaya ayırdığı 200 milyard dolların hara yoxa çıxdığını bilmir.
Onun sözlərinə görə, Kiyev yalnız 76 milyard dollar alıb.ABŞ-ın vitse-prezidenti J.D.Vens isə deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski Amerikaya səxavətinə görə təşəkkür etməlidir.
Tam oxu
Xəbəri oxu