Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Şamaxı Astrofizika Rəsədxanasına baş çəkib.
Gununesi.info xəbər verir ki, Azərbaycanın aparıcı elmi müəssisələrindən biri olan rəsədxana 1959-cu ildə yaradılıb və altmış ildən artıqdır ki, astronomik tədqiqatların və elmi kəşflərin mühüm mərkəzlərindən biri kimi fəaliyyət göstərir.
Səfər Azərbaycanın zəngin elmi irsi ilə yaxından tanış olmaq imkanı yaradıb. Bu, həmçinin elmə marağın və kəşf etmək həvəsinin sərhəd tanımadığını bir daha xatırladıb.