ABŞ rəsmisi: Zelenski və Tramp arasında münasibətlərin bərpası mümkün deyil

01.03.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında münasibətlərin bərpa olunması mümkün deyil".

Oxu.Az-ın xəbərinə görə, adı açıqlanmayan ABŞ rəsmisi CNN telekanalına müsahibəsində belə bir fikir ifadə edib.

O, Ağ Evdəki davanı fəlakət adlandırıb.

"Zelenski hakimiyyətdə olduğu müddətdə Trampla vəziyyəti düzəltməyin bir yolunu tapmasa, ikitərəfli münasibətlərin necə inkişaf edəcəyi bəlli deyil", - deyə telekanala mənbədən bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью