ABŞ Roma Papasının atəşkəs çağırışını dəstəkləməyib AZƏRTAC

10.12.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 dekabr, AZƏRTAC

Amerika hakimiyyəti Roma Papası Fransiskin bütün münaqişə zonalarında Miladda atəşkəs təklifini rədd edib və onu dəstəkləməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. “Biz münaqişələrin dayandırılmasını və onun həll olunmasını istəyirik. Bu, hər bir halda dərhal atəşkəs demək deyil”, - deyə Miller bildirib.

Bundan əvvəl Roma Papası Fransisk Yaxın Şərqdəki katoliklərə məktubunda beynəlxalq birliyin bölgədəki münaqişəni həll edə bilməməsini qeyd etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью