ABŞ Rusiya danışıqları başlayıb

24.03.2025

Icma.az bildirir, Azvision portalına istinadən.

Bu barədə TASS məlumat yayıb.
Görüş "The Ritz-Carlton" mehmanxanasında keçirilir. Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları jurnalistlərdən hotelin ərazisini tərk etməyi xahiş ediblər. Görüş qapalı formatda keçiriləcək.
Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda başçılıq edirlər.
ABŞ nümayəndə heyətinin tərkibinə Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Maykl Enton, həmçinin Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun və milli təhlükəsizlik üzrə müşavir Mayk Uoltsun köməkçiləri daxildirlər.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью