ABŞ Rusiya danışıqlarına cavab: Marsel terrorunun hədəfi nədir? (ŞƏRH) | Icma.az
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir. "Bu partlayış ABŞ və Rusiyaya ünvanlanan xəbərdarlıq mesajıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiyanın Fransanın Marsel şəhərindəki baş konsulluğunda baş verən partlayışın səbəbini şərh edərkən deyib.
Natiq Mirinin fikrincə, hadisə haqqında konkret kəşfiyyat və hüquq-mühafizə orqanlarının məlumatı mövcud deyil: "Ancaq hadisənin baş verdiyi ərəfəyə diqqət yetirsək, onun ABŞ Rusiya danışıqları kontekstində baş verdiyi barədə ilk mülahizələri söyləmək olar.
ABŞ Rusiya danışıqlarından ən çox narahat olanlar Ukrayna və Avropa İttifaqı ölkələridir".
Ekspert düşünür ki, partlayış bir xəbərdarlıq partlayışı ola bilər: "Ortada böyük zərər vermək hədəfi olsaydı, konsulluğun binası və insanlar da zərər görə, tələf ola bilərdilər.
Adətən, bu cür partlayışlar xəbərdarlqı xarakteri daşıyır ki, o da dolayısı ilə həm ABŞ, həm də Rusiyaya olan mesajdır.
Bununla bəyan etmək istəyirlər ki, mövcud kontekstdə Ukrayna ilə bağlı aparılan danışıqların yönü arzuolunmazdır.
Yəni Ukrayna və Avropa İttifaqını kənarda saxlayacaq görüş və ondan çıxacaq nəticələr Avropa tərəfindən qəbul olunmayacaq.
Tam oxu
Xəbəri oxu