ABŞ Rusiya hakimiyyəti ilə dialoqa hazırdır.

01.01.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Bunu Amerikanın Moskvadakı səfiri Lin Treysi deyib

ABŞ səfiri bəyan edib ki, ABŞ fikir ayrılıqlarına baxmayaraq, Rusiya ilə dialoqa hazırdır.

...Biz mövcud əlaqələri qorumağa davam etməliyik... Biz həmçinin dərin fikir ayrılıqlarına baxmayaraq, Rusiya hakimiyyətinin nümayəndələri ilə hörmətli və konstruktiv dialoqa açıq qalırıq.

SİA-nın məlumatına görə, TASS bunu onun sözlərindən sitat gətirir.

Diplomat ümid etdiyini bildirib ki, yeni ildə “dinc gələcək” üçün həll yolları tapmaq mümkün olacaq.

Bundan əvvəl xarici işlər naziri Sergey Lavrov Rusiya və xarici mətbuata müsahibəsində Rusiya ilə münasibətlərin bərpası üçün ilk addımı ABŞ atmalı olduğunu bildirmişdi.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью