GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın maliyyə naziri Skott Bessent yaxın vaxtlarda Rusiyaya qarşı sanksiyaların genişləndiriləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, Bessent bu barədə Ağ Evdə keçirdiyi brifinq zamanı deyib. O qeyd edib ki, qərarın qəbul olunmasına çox az qalıb:
“Biz ya bu gün günortadan sonra işlərin bağlanmasından sonra, ya da sabah səhər ilk iş olaraq Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə artırılmasını elan etməyi planlaşdırırıq”.
Qeyd edək ki, bundan bir gün əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Konqresdəki respublikaçıların Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək imkanını həvəslə nəzərdən keçirdiklərini söyləmişdi.
Tahir Turan
Globalinfo.az