ABŞ Rusiya ilə sərhəd ölkələri maliyyələşdirməyəcək

05.09.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Rusiya ilə sərhəddə yerləşən ölkələrin orduları üçün bəzi maliyyə proqramlarını mərhələli şəkildə dayandıracaq.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” (Financial Times) qəzeti məlumat yayıb.

Məqalədə deyilir ki, Pentaqon ötən həftə Avropa diplomatlarını bu barədə məlumatlandırıb. Belə ki, ABŞ artıq Şərqi Avropa ölkələrinin silahlı qüvvələrinin təlimi və təchizatı üçün maliyyələşdirmə aparmayacaq.

Adı açıqlanmayan ABŞ rəsmisi isə bildirib ki, bu qərar Avropa ölkələri ilə razılaşdırılıb və Trampın Avropanın öz müdafiəsinə daha çox cavabdehlik daşımalı olduğu barədə uzun müddətdir etdiyi çağırışlara uyğun olaraq verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью