Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fevralın 18-də Ər-Riyadda baş tutan görüşü siyasətçilər tarixi görüş hesab edirlər.
ABŞ və Rusiya arasında münasibətlərin yoluna düşməsi, bir növ, münasibətlərin buza dönmüş halının “əriməyə” doğru irəliləməsi təkcə politoloqları deyil, ümumiyyətlə, dünya ictimaiyyətini, xüsusən də ukraynalılar və rusları daha çox düşündürür.
Hər kəsi düşündürən, eləcə də sual doğuran məqam bəllidir və görəsən, Amerika-Rusiya münasibətlərində olan “soyuqluğun” aradan qalxmasına istinad edərək, Ukrayna münaqişəsinin nizamlanmasına başlanılmasından danışmaq olarmı?
Daha dəqiq desək, dünyanın iki nəhəng ölkəsinin münasibətlərinin “müsbətə doğru” irəliləməsinin, münasibətlərin “donunun açılmasının”, “buzların əriməsinin” ardınca gözləntilərin nədən ibarət ola biləcəyi ilə bağlı suallar yaranır.
Hər iki tərəf etiraf edir ki, danışıqlar faktının özü artıq “nailiyyət” hesab olunur Təxminən üç illik fasilədən sonra ABŞ və Rusiya hakimiyyətinin nümayəndələri arasında rəsmi görüşün baş tutması heç də diqqətdən yayına bilməz.
Diqqətə çatdıraq ki, Səudiyyə Ərəbistanının paytaxtında Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Amerika prezidenti Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals ilə təxminən beş saat danışıblar olub.
Sözsüz ki, əvvəla, danışıqlar olubsa, deməli, müzakirə olunmalı məsələlər var imiş və gündəm üçün vacib sayılırmış.