ABŞ Rusiya neft sənayesinə qayıdır KONKRET

17.08.2025

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüş ərəfəsində fərman imzalayıb. Sənədə əsasən, xarici investorlar, o cümlədən Amerika şirkəti Exxon Mobil, Qərbin Rusiyaya qarşı sanksiyaları ləğv ediləcəyi halda “Saxalin-1” neft-qaz layihəsindəki paylarını geri qaytara biləcəklər. Bu barədə Reuters agentliyi məlumat yayıb.

KONKRETA.az Musavat.com-a istinadən xəbər verir ki, Exxon əvvəlcə layihənin operatorunda 30%-lik paya sahib olub və öz payından imtina edən yeganə qeyri-rusiyalı investor sayılır. Qərara əsasən, paylarını geri qaytarmaq istəyən xarici səhmdarlar Qərb sanksiyalarının ləğvinə töhfə verəcək addımlar atmalı, layihə üçün zəruri avadanlıqların xaricdən tədarükünü təmin etməli və vəsaitləri “Saxalin-1” layihəsinin hesablarına köçürməlidirlər.

Qeyd edək ki, Exxon 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra ölkədən çıxaraq 4,6 milyard dollar zərər etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью