Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Artıq bir neçə ildir davam edən Rusiya-Ukrayna müharibəsi səngimək əvəzinə, əksinə, daha da şiddətlənir.
Müharibənin dayanması, sülhün olması üçün real məsələlər olsa da, addımlar nəzərə çarpmır.
Xüsusilə Donald Tramp ikinci dəfə hakimiyyətə gələndə müharibəni dayandıracağını demişdi.
ABŞ hökuməti indi də rəsmi olaraq bildirir ki, münaqişənin sülh yolu ilə ədalətli və daimi şəkildə həll olunmasını istəyir.
Rəsmi bəyanatlarda Ukraynanın suverenliyi və ərazi bütövlüyünün bərpa olunması əsas məqsəd kimi göstərilir.
Lakin bəzi ekspertlər və tənqidçilər hesab edirlər ki, bu, belə deyil. Əslində, ABŞ müharibənin bitməyini istəmir.
Ekspertlərin məsələ ilə bağlı bir sıra fikirləri var. Məsələn, onlar hesab edir ki, müharibənin uzanması Rusiyanı zəiflədir.