ABŞ Rusiya uranından yan keçə bilmir

16.09.2025

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, amerikalı nazir “Bloomberg” agentliyinə müsahibəsində bu etirafı edib.
“Biz zənginləşdirilmiş rus uranından artıq istifadə etməyəcəyimiz nöqtəyə yaxınlaşırıq, amma hələlik bu məqama çatmamışıq”, - MAQATE-nin Vyanada keçirilən illik konfransı çərçivəsində Kris Rayt deyib.
Bessent: “Ukraynada müharibəni 2-3 aya bitirmək olar” Onun sözlərinə görə, Ağ Ev ABŞ-də həm böyük reaktorlar, həm də kiçik modul reaktorlar hesabına uran istehlakının sürətli artımını gözləyir. Bununla bağlı Rayt əlavə edib ki, daxili potensialın artırılması tələb olunur.
- Bizə böyük həcmdə yerli uran istehsalı və müvafiq zənginləşdirmə gücü lazımdır”, - ABŞ-nin Energetika naziri vurğulayıb.
Xatırladaq ki, bundan əvəvl ABŞ-nin Maliyyə naziri Skott Bessent iddia edib ki, Avropa Moskvanın neft gəlirlərini aktiv şəkildə azaltmağa başlasa, Rusiya-Ukrayna müharibəsi iki və ya üç aya bitə bilər.
Bir həftə əvvəl isə Kris Rayt Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsində Avropa ölkələrinə özlərindən başlamağı tövsiyə edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью