ABŞ Rusiyadakı sirli ölümün izinə düşdü

07.10.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyada baş verən sirli ölüm hadisəsi ABŞ-da bioloji silahlar və mutasiyalarla bağlı narahatlıqları artırıb.

Turkustan.az xəbər verir ki, Vaşinqton hadisənin arxa planı ilə bağlı Moskvadan daha ətraflı məlumat və sübutlar tələb edib.

ABŞ administrasiyası Sibirdə yerləşən İrkutsk Taunla Mübarizə İnstitutunda 28 yaşlı laboratoriya texnikinin ölümündən sonra Rusiyadan əlavə məlumat istəyib.

Moskvanın hadisəyə məhdud reaksiyası Vaşinqtonda narahatlıqları artırıb. ABŞ rəsmilərinin potensial bioloji riskləri və modifikasiya olunmuş patogen ehtimalını araşdırdığı bildirilir.

Rusiya isə mərhumla təmasda olan şəxslər arasında taun xəstəliyinə yoluxma halının aşkarlanmadığını və xəstəliyin yayılma riskinin olmadığını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью