Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Venesuelanın dünya bazarlarına yanacaq ixracı zamanı Rusiyadan idxal olunan yüngül nefti tamamilə əvəz edib.
"Report"un məlumatına görə, bunu ABŞ Dövlət katibi Marko Rubio Konqresin Senatının xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə bəyan edib.
Onun sözlərinə görə, Venesuelaya ağır xammalı qarışdırmaq və keyfiyyətini artırmaq üçün istifadə olunan yüngül neft lazımdır, çünki bu onun hasilatını və daşınmasını optimallaşdırmağa imkan verir.
"Onlar yüngül neft tədarükünün 100 %-ni Rusiyadan alırdılar. İndi isə tədarükün 100 %-ni ABŞ-dən alırlar", - deyə Rubio bildirib.