Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Ukrayna Silahlı Qüvvələrinin hərbi hissəsinə baş çəkən respublikaçı ABŞ konqresmeni Brayan Fitzpatrik Ukrayna mərmisinə imza atıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.
“Bu gün Rusiya sərhədinə yaxın cəbhə xəttindən Pensilvaniya ştatındakı konqres dairəmiz adından Vladimir Putinə çox şəxsi mesaj çatdırmaq mənim üçün böyük şərəf idi”-deyə, qeyd edib.
Nəşrdə konqresmenin səfər etdiyi konkret məkan qeyd olunmayıb. Yazıya mərminin imzalandığı və Rusiya ərazisini vurmaq üçün istifadə edildiyi anı əks etdirən foto əlavə olunub.
Safura Bənnayeva
Globalinfo.az