ABŞ Rusiyanın hücum niyyəti ilə bağlı Kiyevə xəbərdarlıq edib

22.11.2024

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

ABŞ Rusiyanın Ukraynaya strateji raketlə hücuma hazırlaşdığını əvvəlcədən bilib və bu barədə Kiyevə və digər dövlətlərin hökumətlərinə xəbərdarlıq edib.

Bu barədə CNN adı açıqlanmayan amerikalı dövlət rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ruslar Dneperi vurmaq üçün orta mənzilli ballistik raketdən istifadə ediblər. O, həmçinin əlavə edib ki, Rusiya yəqin ki, bu eksperimental raketlərdən yalnız bir neçəsinə malikdir. /Cebheinfo.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью