ABŞ Rusiyanın ticarət tərəfdaşlarına 100 faiz rüsum tətbiq etməyi planlaşdırır

15.07.2025

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

Plan Rusiyadan neft, qaz və digər enerji resurslarının alıcılarına təsir edəcək

ABŞ Prezidenti Donald Trampın Ukraynada nizamlanmaya dair razılaşmalar olmadığı halda Rusiyanın ticarət tərəfdaşlarına 100 faizlik rüsum tətbiq etmək planı Rusiya Federasiyasından neft, qaz və digər enerji resurslarının alıcılarına təsir edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Məqalədə qeyd olunub ki, Ağ Ev nümayəndəsinin sözlərinə görə, Trampın planının Rusiya mallarının idxalına 100 faiz rüsumların, habelə Rusiyanın neft, qaz və digər enerji resurslarını alan ölkələrə 100 faiz ikinci dərəcəli rüsumların tətbiqini nəzərdə tutacağı güman edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью