ABŞ Rusiyanın ticarət tərəfdaşlarına 500% rüsum tətbiq edəcək

30.06.2025

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“ABŞ Rusiyanın ticarət tərəfdaşı olan və Ukraynaya dəstək verməyən ölkələrə 500% rüsum tətbiq edəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsi Qrem (respublikaçı, Cənubi Karolina ştatı) ABC telekanalına müsahibəsində bildirib.
“Rusiyadan mal alsanız və Ukraynaya kömək etməsəniz, ABŞ-yə göndərdiyiniz mallarınıza 500% tarif tətbiq ediləcək. Hindistan və Çin 70% Rusiya neftini alır. Bu, Prezident Donald Trampa Çin, Hindistan və digər ölkələrə tariflər tətbiq etməyə imkan verəcək”, - senator qeyd edib.
Onun sözlərinə görə, Tramp həmçinin hesab edir ki, Konqres Rusiyaya qarşı yeni məhdudiyyətlər haqqında qanun layihəsini qəbul etməlidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью